Mask Trampı indi də təriflədi | VİDEO

   Mask Trampı indi də təriflədi    | VİDEO
  02 İyul 2025    Oxunub:700
Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs elan etdiyi postuna münasibət bildirib.
AzVision.az xəbər verir ki, İlon Mask bununla bağlı “X” sosial şəbəkəsində etdiyi paylaşımda bir sıra münaqişələrin dayandırılmasında ABŞ prezidentinin səylərini müsbət qiymətləndirib.

“Ona layiq olduğu dəyəri vermək lazımıdr. Donald Tramp dünyada bir neçə böyük münaqişəni uğurla həll etdi”, - İlon Mask Amerika liderinin “Truth Social” sosial şəbəkəsindəki paylaşımını əlavə edərək yazıb.

Trampla Mask yenə toqquşdular | VİDEO
Xatırladaq ki, iyulun 1-də Donald Tramp İsrailin Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını açıqlayıb. Amerika lideri bunun İsrail liderləri ilə “uzun və məhsuldar görüş” keçirən nümayəndələrinin sayəsində mümkün olduğunu deyib.

Yeri gəlmişkən, İlon Maskın ABŞ prezidentinin ünvanına tərifi onların arasında münasibətlərin yenidən kəskinləşməsində cəmi bir gün sonra baş verib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Mask   Tramp  



Xəbər lenti